Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mərsin vilayətlərində yerləşən mənzil qərargahlarında partlayış baş verib. Trend-in məlumatına əsasən, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər verib.

Partlayışlar nəticəsində xəsarət alanlar var.

Bu vilayətlərdə partiyanın rəhbəri Səlahəddin Dəmirtaşın seçkiqabağı mitinq keçirəcəyi gözlənilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az