Oqtay Kaynarca Bakıdan ev alacaq - FOTO

Oqtay Kaynarca Bakıdan ev alacaq - FOTO
18:48 29 Noyabr 2019
176 Şou
Ölkə mətbuatı
A- A+

"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol alan türkiyəli aktyor Oktay Kaynarca geyim mağazasının açılışı münasibəti ilə Bakıya gəlib.

Publika.az xəbər verir ki, aktyor açılışda jurnalistlərin suallarını cavablandırıb.

İkinci dəfə Bakıya gələn kino ulduzu şəhərimizin çox dəyişdiyini bildirib. "Bu, mənim Bakıya ikinci gəlişimdir. Şəhəriniz inanılmaz dərəcədə dəyişib, binalara heyran qaldım. Hətta Bakıdan ev almaq fikrinə düşdüm. Bilirəm ki, burada da məni ən az Türkiyədəki qədər sevirlər. Bu, bizim üçün çox dəyərlidir. Pasport istifadə etməyə belə gərək yoxdur, çünki biz - Azərbaycan və Türkiyə bir millətdir. İki ölkənin birgə istehsalı ilə ərsəyə gələn bir filmdə rol almaq istərdim. İş qrafikim sıx olduğu üçün bu gəlişimdə gəzə bilmədim. Odur ki, gəzmək üçün Bakıya xüsusilə gələcəm. Hətta deyərdim ki, Bakı getdiyimiz bütün Avropa şəhərlərindən gözəldir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/297658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR