Hollivud filmində türk mahısı -

Türkiyənin gənc pop ulduzu Ece Seçkinin “YouTube”da 170 milyona yaxım izlənən “Adeyyo” mahnısı “Charlie’s Angels” (Çarlinin mələkləri) filmində istifadə olunub.

Metbuat.az xəbər verir ki, bəz səhnələri İstanbulda (Eminönü Çakmakçılar Yokuşu, Kapalıçarşı, Sultanahmet və Veliefendi Hipodrumu) çəkilən ekran işində Seçkinin hərəkətli musiqisi yer alıb. O, Hollivud filmində mahnısı səsləndirilən ilk türk olaraq tarixə düşüb.

“Xəbəri ilk dəfə eşidəndə telefonda ağladım. İstanbuldakı səhnələrdə səsimi eşitmək çox xoş oldu”,- deyə Ece qeyd edib.

Qeyd edək ki, layihədə Elizabeth Banks, Kristen Stewart, Naomi Scott və Ella Balinska kimi məşhur similar yer alıb. (qafqazinfo)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR