Bakıda ŞOK OLAY: direktor və müəllimlər yoxa çıxdı

Bakıda ŞOK OLAY: direktor və müəllimlər yoxa çıxdı
13:23 2 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti dərs saatlarında məktəbi tərk ediblər.

Publika.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, bu gün məktəbə gedən şagirdlər geri qayıdıblar:

“Müəllim kollektivi kitab-dəftərlərini yığaraq, məktəbi tərk edib. Bunu görən şagirdlər də geri qayıdıblar. Valideynlər çox narahatdır. Direktora zəng edəndə bildirib ki, "Təhsil Nazirliyinin bundan xəbəri var, şikayət etməyin”.

Məsələ ilə bağlı Laçın rayon 35 saylı orta məktəbi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/297875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR