“Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm” -

FİDE-nin prezidenti Arkadi Dvorkoviç azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Qran-prinin IV mərhələsində oynamayacağına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, rusiyalı rəhbər qrossmeysterimizin İsrailin Yerusəlim şəhərində keçiriləcək yarışda iştirak etməyəcəyinə çox üzülüb.

O, “tvitter” səhifəsində məyusluğu ilə yanaşı, Dünya Kubokunun sahibini anlayışla qarşıladığını da qeyd edib: “Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm. Amma bizim üçün idmançıların sağlamlığı hər şeydən önəmlidir”.

Qeyd edək ki, Rəcəbov səhhətində yaranan problemlə bağlı FİDE-yə müraciət ünvanlayıb və beynəlxalq qurum dekabrın 11-23-də baş tutacaq turnirdə həmyerlimizin göstərdiyi səbəbləri əsaslı sayıb. (apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR