Qaret Beylə Bakıda qadağa tətbiq olunacaq

Uels milli komandasının lideri Qaret Beylin qolfa aludəçiliyi baş məşqçi Rayan Giqqzin qəzəbinə səbəb olub.

Metbuat.az-ın məlumatına görə, mütəxəssis ulduz oyunçunun bu idman növünə həddən artıq bağlanmağına qarşıdır.

O, belə aludəçiliyin əzələ zədələrinə aparıb çıxarmaq riskinə görə narahatdır. R.Giqqz AVRO-2020-nin final mərhələsinin keçiriləcəyi müddətdə futbolçuya qolf oynamağı qadağan edəcək.

Oyunçunun tamamilə futbola köklənməsi üçün belə sərt addım atacaq. Bu isə o deməkdir ki, qrup oyunlarını Bakı və Romada keçirəcək Uels yığmasının aparıcı bu şəhərlərdə olduğu müddətdə qolf qadağası ilə üz-üzə qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR