Samuxda evdən 4500 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az