İsveçrədə tələbə yüzillik fiziki tapmacanın cavabını tapıb

İsveçrədə tələbə yüzillik fiziki tapmacanın cavabını tapıb
06:47 4 Dekabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Lozannanın (İsveçrə) Federal Politexnik Məktəbinin bakalavr tələbəsi Vasim Dauadi alimlərin 100 il boyunca izah edə bilmədiyi fiziki tapmacanın cavabını tapıb.
"Report" xəbər verir ki, bu haqda "Neue Züricher Zeitung" məlumat yayıb.
Fiziklər anlaya bilmirdilər, niyə maye ilə dolu şaquli dar boruda hava köpüyü yuxarı qalxmır, necə ki, bu, içində mineral suyun olduğu butulkanın açılışı vaxtı olur.
Gənc araşdırmaçı müəyyənləşdirib ki, köpük yuxarı, özü də yavaş-yavaş hərəkət edir. Lakin bu yerdəyişməni adi gözlə görmək mümkün deyil.
Tələbə kəşf edib ki, şüşə və mayenin arasında mövcud olan çox nazik qat havanın hərəkətinə mane olur. Nazik pərdənin ölçüsü millimetrin milyonda bir hissəsini təşkil edir.
O, bunu izah etmək üçün boruda şüşəyə işıq salıb və onun daxili səthindən əks edilmiş işığın, şüşənin səthindən əks edilmiş işıq arasında interferensiyanı (intensivliyin yenidən paylaşdırılma) təhlil edib.
Dauadi hesab edir ki, onun elmi işinin nəticələrini nanodiapazonda mayelərin hərəkəti vaxtı yaranan hadisələrin sonrakı tədqiqatında tətbiq etmək mümkün olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-svecrede-telebe-yuzillik-fiziki-tapmacanin-cavabini-tapib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR