Bakı, 18 may, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Turanbank” ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
QKDK-dan AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 3000386 manat, nominal dəyəri 1082 manat, qiymətli kağızın miqdarı 2773 ədəddir. “AzFinance Invest” MMC anderrayter vəzifəsində çıxış edəcək.