“Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək

“Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək
08:05 5 Dekabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində "Xalça diyarına səyahət" uşaq festivalı keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.

Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, "Gülsam" Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/807815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR