ABŞ hərbi bazasındakı atışmada yaralanan 2 nəfər ölüb

ABŞ hərbi bazasındakı atışmada yaralanan 2 nəfər ölüb
08:47 5 Dekabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Dəniz Qüvvələrinin Pörl-Harbordakı hərbi bazasında yerləşən gəmiqayırma zavodunda baş verən silahlı insident zamanı yaralanan iki nəfər ölüb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə hərbi bazanın rəsmi nümayəndəsi Robert Çadvik yerli televiziya kanallarına müsahibəsində bildirib.
O, qeyd edib ki, yaralanan digər şəxs xəstəxanaya yerləşdirilib. 

***07:10
ABŞ Hərbi Dəniz Qüvvələrinin Pörl-Harbordakı hərbi bazasında yerləşən gəmiqayırma zavodunda atışma baş verib, nəticədə 3 nəfər yaralanıb.
“Report” un məlumatına görə, bu barədə “Hawaii News Now” kanalı məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların arasında mülki şəxslər də var. Atəşi açan şəxs intihar edib.
Yaralananların ikisinin vəziyyəti ağırdır. Məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, dekabrın 1-də ABŞ-ın Luiziana ştatındakı Yeni Orlean şəhərində baş verən atışmada 11 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-herbi-bazasindaki-atismada-yaralanan-2-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR