Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO

Sürücü ona yol verməyən taksi sürücüsünü güllələdi - VİDEO
10:42 5 Dekabr 2019
135 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətində sürücü yol vermək səbəbindən mübahisə etdiyi taksi sürücüsünə atəş açdıqdan sonra döyüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Bağlar rayonu, Qaynarpınar küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil sürücüsü taksi sürücüsünə siqnal verərək yol verməsini istəyib. Taksi sürücüsünün yol verməməsindən sonra o əsəbiləşib və avtomobilini svetoforun qırmızı işığında dayanan taksinin yanında saxlayaraq, nəqliyyat vasitəsindən enib. Taksi sürücüsünü maşından düşürdərək üzərində gəzdirdiyi tapança ilə onu vurub. Bundan sonra da hirsi soyumayan sürücü onu döyməyə başlayıb. Daha sonra isə tapançanı ətrafda toplanan insanlara tuşlayaraq avtomobilinə minərək hadisə yerindən qaçıb. Vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə polis və səhiyyə işçiləri gəliblər. Yaralı taksi sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra ambulansla xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıb.

Yaşanan anlar isə bir vətəndaş tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR