Azərbaycan millisi Ermənistan yığması ilə eyni püşkatma səbətinə düşüb

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümü ilə əlaqədar olub.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının 4-cü püşkatma səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın Amsterdam şəhərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR