Vağzaldan üz döndərən sakinlər - Buna səbəb nədir? -

Hər bir şəhərin giriş qapısı sayılan və bir növ vizit kartı olan vağzalların bir şəhər üçün əhəmiyyəti böyükdür. Lakin elə dəmiryolu vağzalları var ki, sərnişin stansiyasından çox bərpaya ehtiyacı olan bir məkanı xatırladır.

Zaqatala Dəmiryolu vağzalının soyuq, rütubətli və qaranlıq gözləmə zalı insanın təəssüratlarını alt-üst edir.

Metbuat.az bildirir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Dəmiryolu vağzalının içərisində və eləcə də həyətində sərnişinlər üçün oturacaqların sayı da yetərli deyil. Həyətdə gəzişən evsiz itlər isə vağzalı bir qədər də vahiməli edir.

Son beş ildə artan köməkçi sərnişin stansiyaları nəticəsində vağzaldan istifadə edənlərin sayı da kəskin azalıb. Əgər illər öncə bütün rayon, eləcə də qonşu rayonların yuxarı kəndləri qatara minmək üçün bura üz tuturdusa, indi gün ərzində maksimum 60-70 nəfər vağzaldan istifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR