Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar - FOTO

Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar - FOTO
06:52 6 Dekabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Yarışların ertəsi günü gənc gimnastımız Selcan Maqsudova batut üzərinə çıxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı