Bərdədə ağacəkmə aksiyası keçirilib

Bərdədə ağacəkmə aksiyası keçirilib
14:22 6 Dekabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bərdə rayonunda ağacəkmə aksiyası keçirilib. 
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, aksiya Bərdə rayonunun sakinləri arasında böyük razılıqla qarşılanıb.
Sakinlər də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub. Əvvəlcədən müəyyən olunmuş ərazilərdə, xüsusi ilə Yevlax-Bərdə avtomobil yolunun kənarında rayonun iqliminə uyğun 8500 ədəd müxtəlif növ ağac tingləri və baramaçılığın inkişafı üçün 30 min tut tingi əkilib. 
Kütləvi aksiyada Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və sadə vətəndaşlar iştirak ediblər. Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.








Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/berdede-agacekme-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR