650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində MİDA əməkdaşları 6 min ağac əkib - FOTO

650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində MİDA əməkdaşları 6 min ağac əkib - FOTO
19:22 6 Dekabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşularaq ağacəkmə aksiyası keçirib.

Aksiya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksinin ətrafında təşkil olunmuşdur.

Aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan "MİDA" MMC-nin ümumilikdə 200-dən çox əməkdaşı tərəfindən 6000 eldar şamı, küknar və müxtəlif növ meyvə ağacları əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, ətraf mühitin, yaşıllıqların qorunması, əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə daim xüsusi diqqət yetirilir.

Belə bir təşəbbüsün həyata keçirilməsi dahi şairin xatirəsinin əbədiləşdirilməsinə töhfə verməklə yanaşı, ölkə vətəndaşlarını, xüsusilə gənc nəsli Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin qorunması və yaşıllıqların artırılması işində birgə fəaliyyətə çağırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR