ABŞ “Taliban”la danışıqları bərpa edib

ABŞ radikal islamçı “Taliban” hərəkatı ilə danışıqları bərpa edib.

Metbuat.az xəbər verir ki, bu barədə “TOLO News” məlumat yayıb.

Mənbəyə görə, ABŞ nümayəndələri Qətərin Doha şəhərində “Taliban”la danışıqlar aparır. Qeyd olunub ki, müzakirələrdə əsas diqqət zorakılıq səviyyəsinin azaldılması olacaq ki, bu da öz növbəsində ölkədə atəşkəsə səbəb olacaq.

Xatırladaq ki, ABŞ ilə “Taliban” hərəkatı arasındakı danışıqlar sentyabr ayında Kabildə törədilən terror hücumu zamanı aralarında amerikalı hərbçilər də olduğu 12 nəfərin öldürülməsindən sonra Prezident Tramp tərəfindən dayandırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR