Dekabrın 7-də saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Adnalı kənd sakini B.Şirəliyev idarə etdiyi “VAZ-2121”-Niva markalı avtomobili aşırıb.

Sürücünün xəstəxanaya yerləşdirilmiş sərnişini olan arvadı Könül orada ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, B.Şirəliyev Adnalı kənd İcra Nümayəndəliyinin sədri vəzifəsində çalışır.