ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.

Metbuat.az “dw”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

Mənbə qeyd edib ki, S.Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen ABŞ prezidentinin rusiyalı naziri qəbul edəcəyini istisna etməyib.