“Danışıqlar masasına əyləşmək düşmənin planlarını iflasa uğradacaqsa, Tehran buna razı olacaq”.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani belə açıqlama verib. O bildirib ki, ABŞ-la əldə olunmuş nüvə sazişi İranın lehinə olub.
ABŞ-la danışıqlara açıq qapı saxlayan Ruhani bildirib ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqlərdən istifadə etsə də, ciddi nəticə əldə edə bilməyib.
Anar Türkeş / Metbuat.az