İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir

İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir
12:57 10 Dekabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR