Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dördmərtəbəli binasının üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yüksək temperaturdan üçüncü mərtəbənin tavanı əriyib. Yanğın zamanı 8 xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azərbaycanda mərkəzi xəstəxana yandı -