Türkiyə "S-400"ləri bu tarixdə İŞƏ SALACAQ

Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərini 2020-ci ildə ordunun istifadəsinə verəcək.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar belə açıqlama verib.

O bildirib ki, 2020-ci ilin yaz aylarında müdafiə sistemləri nəzərdə tutulan ərazilərə yerləşdirilərək, işə salınacaq. Akarın sözlərinə görə, “S-400”lərin birinci paketi Türkiyəyə çatdırılıb və tədarük prosesi davam edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR