Poçettino "Arsenal"da?

"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino "Arsenal"ı çalışdıra bilər.

Metbuat.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunda baş məşqçi vəzifəsinə əsas namizəd argentinalı mütəxəssisdir. Premyer Liqa təmsilçisi yaxın saatlarda Poçettino ilə danışıqların ilkin mərhələsinə başlayacaq. Tərəflər namizədliyi müzakirə edəcək.

Qeyd edək ki, Poçettino ötən ay istefaya göndərilib. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR