ABŞ Senatında Türkiyəyə qarşı qanun layihəsi qəbul edildi

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sənəddə Türkiyənin “S-400” məsələsinə görə cəzalandırılması tələb olunur.

Qeyd edək ki, Nümayəndələr Palatasında da oxşar sənəd qəbul olunmuşdu. Qanunun qüvvəyə minməsi üçün Senatda qəbulu ardınca isə prezident Donald Tramp tərəfindən imzalanması lazımdır.

Anar Türkeş / Redaktor.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR