Tibb bacısı yeni doğulan körpəni oğurladı - Film kimi hadisə

Tibb bacısı yeni doğulan körpəni oğurladı - Film kimi hadisə
22:05 11 Dekabr 2019
140 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pakistandakı doğum evlərinin birində yeni doğulan körpə oğurlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əkiz körpələr dünyaya gətirən qadının uşaqlarından biri tibb bacısı tərəfindən oğurlanıb. Məlum olub ki, qadın onu uşağı olmayan qohumuna verib. Tibb bacısı ananın huşsuz olmasından istifadə edərək bu addımı atıb. Ana özünə gəldikdən sonra uşağının birinin öldüyünü deyiblər, o isə ölən uşağının harada olmasını görmək istəyib.

Qadının həyat yoldaşı dərhal polisə müraciət edib. Araşdırmalar başlanıb və tibb bacısının uşağı gizlədərək xalasına apardığı məlum olub.

Polis tibb işçisini, ona kömək edən iki həmkarını və xalasını həbs edib, uşaq isə anasına qaytarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR