Dünya çempionatına start verildi

Dünya çempionatına start verildi
07:37 12 Dekabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Qətərdə keçirilən klublararası dünya çempionatına start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 1-ci mərhələnin yeganə maçı baş tutub.

Okeaniya Çempionlar Liqasının qalibi olan "Hienghen Sport" (Yeni Kaledoniya) Qətər çempionu "Əl-Sədd"lə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri əlavə vaxtda vurulan qollarla növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək 2-ci mərhələnin oyununda qətərlilər Meksika təmsilçisi "Monterrey"lə qarşılaşacaq. Bu raunddakı digər qarşılaşmada isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) "Esperans" (Tunis) üz-üzə gələcək.

Klublararası dünya çempionatı
1-ci mərhələ
11 dekabr
"Hienghen Sport" (Yeni Kaledoniya) - "Əl-Sədd" (Qətər) - 3:1, əlavə vaxtda

Bunedja, 26, Fadlalla, 100, Migel, 114 - Roin, 49

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR