DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
12:37 12 Dekabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi mü­nasi­bətlərin inki­şafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və Azərbaycana turist axının genişlənməsi ilə əlaqədar ölkəə gələn və gedən şəxslərin və nəqliy­yat vasitə­lə­rinin sayı­ əhə­miy­yətli dərəcədə artıb.  
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sər­hədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub. 
Bildirilib ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləş­diril­məsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effek­tiv­liyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azal­dılması və sürətli keçidi­nin təmin olunması istiqa­mətində mühüm işlər görülmüş, 1 şəxsin sərhəd keçmə pro­sedur­larının rəs­miləş­diril­məsinə 1 dəqiqədən az vaxtın sərf edil­mə­sinə nail olun­ub. 
Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir. 







Xəbərin orijinal ünvanı: https://report.az/herbi/dsx-bu-il-azerbaycana-gelen-turistlerin-sayi-3-milyona-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR