Dekabrın 12-də Kolumbiyada üsyançılar üç əsgərin yaralanması ilə nəticələnən minalanmış avtomobillə hücum ediblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə ordusu bildirib.
Bildirilib ki, 12 dekabrda günorta saatlarında Kubara bələdiyyəsində bir avtomobildə partlayıcı qurğular işə salınıb:
"Göründüyü kimi bunu mütəşəkkil silahlı qrupdan olan Ernesto Çe Qevara və Marta Sesiliya Pabon- komitələrin üzvləri edib".
Yaralı hərbçilər yerli xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Milli.Az