Naxçıvan sakininin avtomobilindən 1,7 kq heroin götürülüb

Naxçıvan sakininin avtomobilindən 1,7 kq heroin götürülüb
13:07 13 Dekabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kq narkotik vasitə aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naxcivan-sakininin-avtomobilinden-1-7-kq-heroin-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR