"Yuventus" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Metbuat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istəyir. 31 yaşlı xorvatiyalı oyunçu komandanın əsas heyətində az şans verildiyi üçün Kataloniya təmsilçisindən ayrılmağa hazırdır. / Qol.az