Toy karvanından çıxan maşın qaz şkafına girdi -

İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mersedes" markalı avtomobillə diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyiblər.

Bu barədə Metbuat.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.

"Azəriqaz" sözçüsünün verdiyi digər məlumata görə, Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb:

"Nəticədə avadanlıq sıradan çıxıb. Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırlıb".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR