Ərdoğandan açıqlama -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millinin futbol üzrə Avropa Çempionatı çərçivəsində keçiriləcək oyunlarını izləmək üçün Bakıya səfər edə bilər.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın özü yerli mediaya açıqlamasında bildirib. O qeyd edib ki, futbol üzrə Türkiyə millisinin İtaliyada keçiriləcək qarşılaşmasına isə böyük ehtimalla getməyəcək.

Qeyd edək ki, futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatında Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR