Çexiya yığması kubok matçında himnlə bağlı səhvə reaksiya verib

Çexiya yığması kubok matçında himnlə bağlı səhvə reaksiya verib
02:52 16 Dekabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Çexiyanın xokkey üzrə yığmasının mətbuat xidməti İsveçin komandasına qarşı kubok matçından əvvəl ölkənin dövlət himninin dəyişik salınmasını şərh edib.
Bu barədə "Report" "İdnes.cz."a istinadən xəbər verir.
"Bu səhvdir, hansını ki istisna etmək olmaz, o, baş verə bilər. Xoşbəxtlikdən bizim azarkeşlərimiz texniki problemlərdə daha təcrübəli idilər", - deyə Çexiya yığmasının mətbuat katibi Zdeneka Sikmunda bildirib.
Qeyd edək ki, Moskvada, "MOİK Arena" Çexiya və İsveç yığmaları arasında xokkey qarşılaşmasından əvvəl yarışın təşkilatçıları səhvən Çexiya əvəzinə Qazaxstanın dövlət himnini səsləndiriblər. Təşkilatçılar sonra da Çexiyanın dövlət himnini tapa bilməyiblər.
Görüş skandinaviyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/cexiya-yigmasi-kubok-matcinda-himnle-bagli-sehve-reaksiya-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR