Bu gün Moskva vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.

Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib.

Belə ki, “Chery” minik maşınını idarə edən 26 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb. (oxu.az)

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü -

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü -