İran müxtəlif ölkələrlə məhkumların dəyişdirilməsinə razıdır.

Metbuat.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, təqribən 3 min iranlı müxtəlif ölkələrdə həbsdədir. O cümlədən, bir çox ölkə vətəndaşı İranda məhkum həyatı yaşayır.

Nazirliyin məlumatına görə, Tehran ABŞ da daxil olmaqla müxtəlif ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Anar / Metbuat.az