Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş keçirilməsi nəzərdə tutulur: "Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın müvafiq təmsilçiləri iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər".