Cavid Qurbanov: "Güzdək-Sahil yolunun yerüstü metro kimi istifadəsi nəzərdən keçirilir"
Paylaş
·127 baxış·1 dəq oxu
Bakıda Güzdək-Sahil ərazisini birləşdirən dəmir yolunun təmir etdirilməsi nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq. "Report" xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin yolun araşdırmasına başlanılıb.