ABŞ-da kazinoda baş verən atışmada üç nəfər ölüb

ABŞ-da kazinoda baş verən atışmada üç nəfər ölüb
21:22 17 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da kazinoda baş verən atışmada üç nəfər ölüb.
“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə Qreyt-Fols (Montana ştatı) şəhərində baş verib.
“Emerald Casino”da baş verən silahlı insidentlə bağlı hadisə yerinə çağırılan təcili tibbi yardım işçiləri üç nəfərin cəsədini aşkar ediblər. Daha sonra xəstəxanada silahlı insident zamanı yaralanan daha bir nəfər tapılıb.
Polis hadisəni törədən şəxsin kimliyini müəyyən edərək onun saxlanılması istiqamətində əməliyyat həyata keçirib. Lakin, adı açıqlanmayan şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-kazinoda-bas-veren-atismada-uc-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR