ŞOK HADİSƏ: Əsgərlər yüzlərlə qızı hamilə qoydu

BMT-nin Haitidəki sülhməramlı qüvvələri barədə xoşagəlməz iddia ortaya atılıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, hərbçilər Haitidə xidmət etdiyi vaxtda yüzlərlə qızı hamilə saxlayıb. İddialara görə, hamilə qalan qızlar əsasən yoxsul təbəqədən olub. Onlar övladlarını çətinliklə böyütmək məcburiyyətində qalıblar. Məlumata görə, hərbçilərlə birlikdə olmağa razılıq verən qızların əksəriyyətinin yaşı 18-dən aşağı olub.

Yeniyetmələr gündəlik maddi ehtiyaclarını ödəmək üçün pul qarşılığında BMT hərbçiləri ilə birlikdə olmağa razılıq veriblər. BMT məsələdən xəbər tutandan sonra qalmaqalda adı hallanan əsgərləri ölkələrinə geri göndərib.

Qeyd edək ki, BMT-nin sülhməramlı qüvvələri 2004-2017-ci illərdə Haitidə xidmət ediblər. Bu illər ərzində Haitidə siyasi gərginlik və təbii fəlakətlərə görə böhran yaşanıb.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR