Məşqi icazəsiz tərk etdi -

"Barselona"nın futbolçusu Arturo Vidal komandanın məşqini icazəsiz tərk edib.

Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Komandanın baş məşqçisi Ernesto Valverde çilili yarımmüdafiəçinin La Liqanın 10-ci turundan təxirə salınmış "Real"la matçda start heyətdə oynamayacağını bildirib. Bu qərara əsəbiləşən Vidalı komanda yoldaşları sakitləşdirməyə çalışıb. Amma buna məhəl qoymayan 32 yaşlı oyunçu məşqi vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR