2019-cu ildə “Yandex”də ən çox axtarılan şəxslər

2019-cu ildə “Yandex”də ən çox axtarılan şəxslər
21:42 18 Dekabr 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

"Yandex" şirkətinin analitikləri 2019-cu ildə saytın axtarış sistemində ən çox adları yazılan şəxslərin siyahısını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istifadəçilər Ukrayna Prezidenti Vladimir Zelenski, oyun dizayneri Hideo Kojima, ekoloq fəal Qreta Tunberq haqqında daha çox axtarış ediblər.

Adları mütəmadi axtarılanların siyahısında müğənni Billi Ayliş və tanınmış rusiyalı müxalifətçi  Lyubov Sobol da var.

Vəfat edən şəxslərdən isə müğənni Yuliya Naçalova, reper Kiril Tolmatskiy və jurnalist Sergey Dorenkonun adları istifadəçilər tərəfindən daha çox yazılıb.

Dünyada baş verən hadisələr sırasında isə Ukraynadakı seçkilər, Parisin Notr-Dam kilsəsində baş verən yanğın "Yandex"dən istifadə edənlərin daha çox diqqət mərkəzində olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR