Bakı. Trend:

Honkonqda sərnişin avtobusu ağaca çırpılıb.

Trend-in "Rİ Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 39 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəzadan sonra avtobusun 56 yaşlı sürücüsü polislər tərəfindən saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin