Davudoğludan şok: Ərdoğanın vicdanı qalıbsa...

Davudoğludan şok: Ərdoğanın vicdanı qalıbsa...
19:48 19 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Prezident Rəcəb Tayyib Ərdoğan əlini vicdanına qoysun. 3 il yarım aramızdakı razılaşmaya sadiq qalmaq üçün hər cür təhqirə, “trol” qruplarının hücumlarına səbrlə dözdüm, konfranslarım bloklandı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin sabiq baş naziri Əhməd Davudoğlu deyib.

“Prezident vicdanı ilə təklikdə qalanda “Davudoğludan hər şey çıxar, amma dələduz çıxmaz” deyə bilər. Əgər vicdanı qalıbsa...Bir dələduzluq faktı varsa, burdayam, hüquqi prosedurları başladın, ən ağır cəzaya razıyam. Hər şeyə hazıram. Amma hazır olmadığım böhtana məruz qalmağımdır”, - deyə Davudoğlu Ərdoğanın Xalqbankla bağlı irəli sürdüyü itttihamlara cavabında deyib.

Qeyd edək ki, R.T.Ərdoğan Davudoğlu, eləcə də keçmiş baş nazir müavinləri – Əli Babacan və Məhməd Şimşəyin Xalqbank-dan götürdüyü 417 milyon lirə krediti ödəməkdən yaydığını bildirir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/299589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR