"Sumqayıt" "Neftçi"yə, "Qarabağ" "Keşlə"yə qarşı - Azərbaycan Kuboku

"Sumqayıt" "Neftçi"yə, "Qarabağ" "Keşlə"yə qarşı - Azərbaycan Kuboku
11:42 20 Dekabr 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "Neftçi"nin qonağı olacaq. Bu komandalar arasında birinci görüşdə Bakı klubu 0:1 hesabı ilə uduzub.

Son oyunda isə "Qarabağ" "Keşlə"ni qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, dünən "Qəbələ" və "Zirə" yarımfinala vəsiqə qazanıb.

20 dekabr (cümə)

17:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
"Kapital Bank Arena"
İlk oyun - 1:0

20:00. "Keşlə" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
"ASCO Arena"
İlk oyun - 0:1

19 dekabr

18:00. "Sabah" - "Qəbələ" - 2:3
İlk oyun - 0:3

15:00. "Zirə" - "Səbail" - 1:0
İlk oyun - 0:0

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR