ABŞ İrana qarşı sanksiyaları region ölkələri üçün istisna etməyəcək

ABŞ İrana qarşı sanksiyaları region ölkələri üçün istisna etməyəcək
11:47 20 Dekabr 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

"Sanksiyalar altına düşən istənilən fəaliyyət üçün bunu tətbiq edirik. Bu, bizim siyasətimizdir və bütün hallarda tətbiq olunur, istisna hallar yoxdur".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk xarici jurnalistlər üçün keçirdiyi brifinqdə region ölkələri üçün sanskiyaların tətbiqində istisna edilməsinin mümkünlüyü barədə danışarkən deyib.
Onun sözlərinə görə, bəzi hallarda ABŞ birbaşa İrandan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edir, lakin ikinci dərəcəli sanksiyalar da var.
"Birinci və ikinci dərəcəli sanksiyalar siyasəti bir müddətdir mövcuddur və bu siyasətdə həqiqətən heç bir istisna etmirik", - B.Huk bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-i-rana-qarsi-sanksiyalari-region-olkeleri-ucun-istisna-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR