Gəncədə YAP tərəfindən irəli sürülən namizədlərlə növbəti görüş keçirilib (FOTO/VİDEO)

Gəncədə YAP tərəfindən irəli sürülən namizədlərlə növbəti görüş keçirilib (FOTO/VİDEO)
13:08 21 Dekabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

YAP Gəncə şəhər təşkilatında ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyası namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gəncə şəhər təşkilatından Trend-ə verilən məlumata görə, 23 dekabr Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əiyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, idarə, müəssisə və təşkilat rəhbərləri, Bələdiyyə seçkilərinə namizədlər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Naqif Həmzəyev ölkəmizin seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından danışıb,hər bir vətəndaşın səsvermə hüququndan istifadə etməsinin vacibliyini diqqətə çatdırıb. Naqif Həmzəyev təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan YAP Gəncə şəhər təşkilatı tərəfindən seçkilərə hazırlıq mərhələsində görülən işlərdən danışıb: "Bu gün inamla demək olar ki, Azərbaycanda bələdiyyələr inkişaf edir, yerlərdə sakinlərin problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. 23 dekabrda keçiriləcək növbəti bələdiyyə seçkiləri də bu inkişafa öz yeni töhfəsini verəcək, yeni seçiləcək bələdiyyə üzvləri daha təşəbbüskar və fəal olacaqlar”.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, ADAU-nu rektoru İbrahim Cəfərov, 2 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Asif Həsənov çıxış edərək, demokratik, sivil ölkəmizdə bələdiyyələrin xüsusi rolundan danışıblar. Bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən natiqlər ulu öndərin siyasi kursunu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi, inkişafı üçün münbit şərait yarandığını bildiriblər. Qeyd edilib ki, dövlət tərəfindən özünüidarəetmə orqanlarının fəaliyyətinə diqqət, son bələdiyyə seçkilərində gənclərin, qadınların burada təmsil olunması bələdiyyələrin fəaliyyətinə yüksək səviyyədə təsir göstərib.

Namizədlərdən Pərvanə Elyasova, Orxan Məmmədov və Çimnaz Vəliyeva seçiləcəkləri təqdirdə bələdiyyənin inkişafı, seçicilərin maraqları naminə səylə çalışacaqlarını, onlara göstərilən etimadı doğruladacaqlarını söyləyiblər. Onlar məhz ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin seçicilər tərəfindən yekdil dəstək alacaqlarına əminliklərini ifadə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3167239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR