Süni intellekt mikroçipləri insanın beyninə yerləşdirilsə nə olar?

Süni intellekt mikroçipləri insanın beyninə yerləşdirilsə nə olar?
21:37 22 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İnsan beyninə yerləşdirilən süni intellekt mikroçipləri ruhi xəstəliklərin müalicəsindən telepatik xəbərləşməyə qədər bir çox inkişafın önünü aça bilər. Süni intellekt mikroçipləri ilə birlikdə insan beyninə birbaşa məlumat yerləşdirmək də mümkün ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan beynini maşınlara bağlamaq artıq yalnız nəzəri elm-fantastikalarda reallaşmır. Süni intellekt mikroçipləri insan növünün ünsiyyət qurma üsulunu dəyişdirə bilər hətta telepatiya dövrünü də başlada bilər: Beyin/maşın interfeyslərindəki son ixtiralar, ruhi xəstəliklərin müalicəsindən obyektləri ağıl yoluyla nəzarət etməyə qədər bir çox yeniliyin önünü açır.

Süni intellekt ilə gücləndirilmiş beyin/interfeys texnologiyaları; insanların daha yaxşı qərarlar almalarını, yaddaşlarını inkişaf etdirmələrini və daha çox məlumatı daha məhsuldar bir şəkildə işləmələrini təmin edərək onları daha ağıllı hala gətirə bilər.

Süni intellekt mikroçipləri sayəsində beynimizin əlaqədar bölgələrinə, birbaşa mühəndislik, hüquq, tibb kimi sahələrdən yüksək səviyyə məlumatlar yerləşdirə biləcəyimiz düşünülür.

Süni intellekt mikroçipləri taxılan beyin inkişafında ən diqqət çəkən problemlər təhlükəsizlik, müşahidə olunma və gizlilikdir. Kiber təhlükəsizlik, beyni xarici müdaxilələrdən qorumağı məqsəd qoyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR