Bakı, 19 may, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında kənd təsərrüfatı sığortasında texniki dəstəklə bağlı saziş imzalanacaq.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə IFC arasında keçirilən görüşdə kənd təsərrüfatı sahəsi üzrə texniki dəstəyin göstərilməsi məsələsi müzakirə edilib. Texniki heyətin formalaşdırılmasına və ekspertlərin hazırlanmasına bu ilin sentyabrında başlanılması planlaşdırılır.
Sazişin iyul ayında Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində imzalanması nəzərdə tutulur.